Aİ Belarusa qarşı sanksiyaların müddətini uzatdı

Aİ Belarusa qarşı sanksiyaların müddətini uzatdı Aİ Şurası Belarusa qarşı “daxili repressiyaya görə” tətbiq edilən sanksiyaları bir il müddətinə uzadıb.
Şura respublikada daxili repressiyalarla bağlı olan qadağanedici tədbirlərin daha bir il müddətinə uzadılması barədə qərar qəbul edib.
“Bu qərar Belarusdakı vəziyyətin ciddiliyini nəzərə alaraq vəziyyətin illik təhlili əsasında qəbul edilib. Sanksiyalar 2024-cü il fevralın 28-dək qüvvədə qalacaq”, - Aİ Şurasının bəyanatında deyilir.
Sənəddə qeyd olunur ki, qərarın qəbulu zamanı respublikanın Rusiyanın Ukrayna ərazisində keçirdiyi xüsusi hərbi əməliyyatda iştirakı nəzərə alınıb.
Qeyd edək ki, Belarusla bağlı qara siyahıya 195 nəfər və 34 təşkilat daxildir.

Tehsil-press.az


Oxşar xəbərlər