ABŞ Belarusa qarşı sanksiyaları uzatdı

ABŞ Belarusa qarşı sanksiyaları uzatdı ABŞ-ın Belarusa qarşı sanksiyaları bir il uzadılıb. Bu barədə ABŞ prezidenti Donald Trampın imzaladığı bildirişdə deyilir.
Mətndə qeyd olunub ki, “Belarus hökumətinin müəyyən üzvlərinin hərəkətləri və prinsipləri ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə təhlükə yaradır”.
Qeyd edək ki, Belarusa qarşı sanksiyalar 16 iyun 2006-cı ildə ölkədə keçirilən seçkilərdən sonra tətbiq olunmuşdu. ABŞ-da həmin seçkilər qeyri-demokratik adlandırılmışdı.

Tehsil-press.az

Oxşar xəbərlər