Ukraynada davam edən hərbi əməliyyatlar nəticəsində Avropada yaranan enerji böhranını aradan qaldırmaq məqsədi ilə “çirkli” enerji mənbələrindən istifadə artıb.
Avropada 26 elektrik stansiyası kömürlə işləməyə başlayıb. Böyük Britaniyada isə son 30 ildə ilk dəfə kömür şaxtalarının istismara verilməsi barədə qərar qəbul olunub. Ukrayna böhranından əvvəl Avropa İttifaqı ölkələrində 300 kömür şaxtası bağlanmış, kömürdən istifadə 13 faizə enmişdi. Lakin enerji böhranı şaxtaların yenidən işə salınmasına səbəb oldu. Hazırda kömürdən istifadə 16 faizə qədər yüksəlib.
Almaniya hökuməti 2008-ci ildə ekologiyaya vurduğu ziyanı nəzərə alaraq bağladığı atom elektrik stansiyalarının bəzilərini yenidən istismara vermək qərarına gəlib. Artıq Almaniyada atom elektrik stansiyalarının ümumilikdə 14 bloku işə salınıb.
Fransa, Avstriya, İspaniya və Finlandiya da kömürdən istifadə edərək elektrik enerjisi hasilatına başlayıblar. İtaliya isə atom elektrik stansiyasını bağlamaq haqqında qərarı təxirə salıb.
Rusiya ilə Ukrayna arasında davam edən hərbi əməliyyatlar nəticəsində yaranan enerji böhranı Avropa İttifaqını nüvə enerjisindən tədricən imtina etmək siyasətinin həyata keçməsinə imkan vermir.
Tehsil-press.az