Allahşükür Paşazadə Rusiya xalqına başsağlığı verib

Allahşükür Paşazadə Rusiya xalqına başsağlığı verib Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzində baş vermiş yanğında çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.
A.Paşazadə bu hadisənin, xüsusən də yanğın vaxtı çox sayda uşağın ölümünün onu sarsıtdığını bildirib: "İnanıram ki, gələcəkdə bu kimi hadisələr baş verməyəcək".
Qeyd edək ki, martın 25-da Kemerovo şəhərindəki "Zimnyaya vişnya" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 41-i uşaq olmaqla, 64 nəfər həlak olub. Bu gün zərəçəkənlərin sayının isə 76-ya çatdığı bildirilib.

Tehsil-press.az

Oxşar xəbərlər