ADU-da Maslenitsa bayramı qeyd olunacaq

ADU-da Maslenitsa bayramı qeyd olunacaq Azərbaycan Dillər Universitetində (ADU) “Rusiyaşünaslıq Mərkəzi” elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı, Sankt-Peterburqdan olan nümayəndə heyətinin iştirakı ilə Maslenitsa bayramı keçiriləcək.
Maslenitsa slavyan xalqlarında qış fəslinin yola salınması və yazın gəlməsini tərənnüm edən qədim adətdir. Bayram tədbirinin proqramında nəzərdə tutulan görüşlərin bir qismi Azərbaycan Dillər Universitetində, digər qismi isə müxtəlif elm və mədəniyyət ocaqlarında keçiriləcək.
Nümayəndə heyəti Maslenitsa bayramının tarixi, adət-ənənələri ilə bağlı çıxışlar edəcək, həmçinin rus incəsənətinin incəlikləri haqqında master-klaslar keçirəcəklər.
Görüş ADU-nun müəllim və tələbə heyəti üçün açıq olacaq.

Tehsil-press.az


Oxşar xəbərlər