Alman Bundestaqının nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub

Alman Bundestaqının nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub Alman Bundestaqının nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU) olub.
Səfərin əsas məqsədi Alman Bundestaqının Beynəlxalq Parlament Təqaüdü (IPS) proqramında iştirak edəcək ən yaxşı iştirakçını seçmək olub.
Əvvəlcə Berlin Humbolt Universitetinin tədqiqatlar üzrə vitse-prezidenti professor Peter Frenş və Almaniya Parlamentində şöbə müdiri Birgit von Pfluqdan ibarət nümayəndə heyəti rektor, akademik Kamal Abdulla ilə görüşüb.
Kamal Abdulla bu proqramın hər iki tərəf üçün maraqlı və əhəmiyyətli olduğunu söyləyib. ADU-nun tədris proqramı, onun nəzdində fəaliyyət göstərən Germanistika İnstitutu barədə məlumat verən rektor bildirib ki, ali məktəbdə alman dili və tarixi öyrənilir, müasir Almaniya ilə bağlı araşdırmalar aparılır. Vurğulanıb ki, bu institutun fəaliyyəti ümumi əməkdaşlığın inkişafına mühüm töhfə verir.
Azərbaycandakı multikultural mühit barədə məlumat verən Kamal Abdulla Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Auqusburq Universiteti ilə bu istiqamətdə geniş əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Sonra tələbələrlə görüşən qonaqlar Alman Bundestaqının Beynəlxalq Parlament Təqaüdü proqramı haqqında təqdimatla çıxış ediblər. Bildirilib ki, Alman Bundestaqının Beynəlxalq Parlament Təqaüdü (IPS) hər il ali məktəbi bitirən 7 nəfərədək azərbaycanlı gəncə Bundestaqın bir deputatının yanında çoxsaylı iş təcrübəsi keçərək parlamentar qərarvermə proseslərinə yaxından nəzər salmaq imkanı verir.
Görüşdə IPS proqramı ilə bağlı film nümayiş olunub.

ADU-nun Mətbuat Xidməti


Alman Bundestaqının nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olubAlman Bundestaqının nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub

Oxşar xəbərlər