Ukrayna İrana qarşı Beynəlxalq Cinayət Məhkəməsinə şikayət edəcək

Ukrayna İrana qarşı Beynəlxalq Cinayət Məhkəməsinə şikayət edəcək Ukrayna İrana qarşı Beynəlxalq Cinayət Məhkəməsinə şikayət edəcək.
Bu barədə “RBC-Ukrayna” Baş nazir Denis Şmıqalın “Al Arabiya”ya müsahibəsinə istinadən məlumat yayıb.
Kiyev Moskvanın Ukraynanın enerji və mülki infrastrukturuna hücum etmək üçün istifadə etdiyi Rusiyada İranın pilotsuz təyyarələrlə təmin edilməsi məsələsinə məhkəmədə baxılmasında israrlı olacaq.
“Biz İranın bu hərbi cinayətlərin törədilməsində Rusiya ilə şərikliyindən narahatıq və İranın bu cinayətlərdə iştirakının tanınmasına çalışacağıq”, - Şmıqal bildirib.
Ukraynanın Baş naziri vurğulayıb ki, Moskvaya dəstəyi dayandırmaq üçün Tehrana təzyiq etmək lazımdır. O əlavə edib ki, İranın Rusiyaya raket ötürməsinin qarşısını almaq vacibdir.
“The Guardian” yazır ki, İran təyyarə və qayıqlarla Rusiyaya pilotsuz təyyarələr ötürür, həmçinin pilotsuz təyyarələrdən istifadəyə kömək etmək üçün Moskvaya texniki işçilər gətirir.

Tehsil-press.az


Oxşar xəbərlər