Bakının Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketə edilmiş silahlı basqın nəticəsində həyatını itirən şəxslə bağlı bəzi məqamlar dəqiqləşib.
Silahlı şəxslərin hücumu nəticəsində həyatını itirən Həşimov Rüfət Rahib oğlu “Azərpoçt” MMC-nin İnkassasiya Xidmətinin əməkdaşı olub. O, çalışdığı xidmətlə müqavilə əsasında əməkdaşlıq edən banklardan birinə təhkim edilibmiş.
O, ailənin yeganə oğlan övladı imiş.
Qeyd edək ki, R.Həşimov aldığı xəsarətdən hadisə yerində ölüb. Onunla birgə hipermarketə gələn digər əməkdaş, eləcə də atışma zamanı xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.
***
“Azərpoçt”dan bildirilib ki, silahlı şəxslərin hücumu nəticəsində həyatını itirən Həşimov Rüfət Rahib oğlu orada işləmir.
***
Rəsmi qurumların yaydığı məlumata görə, Həşimov Rüfət Rahib oğlu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı olub.
***
"Bu gün Xətai rayonu ərazisində yerləşən "Bravo" supermarketində bankomatların olduğu ərazidə inkassasiya xidmətinə olan silahlı basqın nəticəsində həyatını itirmiş Həşimov Rüfət Rahib oğlu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Hərbiləşdirilmiş Mühafizə İdarəsinin əməkdaşı olub".
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi feysbukda yayıb.
"İnsident Baş Prokurorluq tərəfindən araşdırılır. Hərbiləşdirilmiş Mühafizə İdarəsi aidiyyəti hüquq-mühafizə orqanları ilə hadisənin araşdırılması məqsədilə əməkdaşlıq edir. Nəticəsi barədə müvafiq hüquq-mühafizə orqanları tərəfindən ictimaiyyətə əlavə məlumat veriləcək, - deyə məlumatda qeyd olunub.
Tehsil-press.az