“HDP dəstəkləsə, vitse-prezident olacaqsan” - Dəmirtaşdan Akşenerə məktub

“HDP dəstəkləsə, vitse-prezident olacaqsan” - Dəmirtaşdan Akşenerə məktub Türkiyənin Xalq Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaş İYİ partiyasının sədri Meral Akşenerə məktub yazıb.
Dəmirtaş məktubunda maraqlı siyasi məqamlara toxunub.
Hazırda həbsdə olan Dəmirtaşın sözlərinə görə, əgər HDP Akşenerə dəstək vermək qərarına gəlsə, böyük ehtimalla Kılıçdaroğlu Prezident, xanım siyasətçi isə vitse-prezident olacaq:
"Bundan başqa, partiyanız bir neçə nazir vəzifəsini öhdəsinə götürəcək".
Qeyd edək ki, Türkiyə müxalifəti martın 6-sı ölkədə mayın 14-ü keçiriləcək Prezident seçkilərinə vahid namizədini açıqlayıb. Belə ki, “altılı masa”nın prezidentliyə namizədi CHP lideri Kamal Kılıçdaroğlu olub.

Tehsil-press.az

Oxşar xəbərlər