Deputat: X Qlobal Bakı Forumundan gözləntilər çoxdur

Deputat: X Qlobal Bakı Forumundan gözləntilər çoxdur Yaşadığımız dövrdə dünyada ciddi qarşıdurmalar var, ölkələrdə sabitlik zaman-zaman pozulur. Bu baxımdan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun keçirilməsini çox əhəmiyyətli və vacib hesab edirəm.
Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, paytaxtda baş tutan forumdan gözləntilər çoxdur: “Bakıda keçirilən beynəlxalq tədbirlər dünyanın diqqətini özünə cəlb edir. Bu gün Bakı müxtəlif beynəlxalq əhəmiyyətli dövlətləri özündə cəmləşdirən, ölkələri narahat edən məsələlərlə bağlı forumların, konfransların keçirildiyi mühüm bir mərkəzə çevrilib. İnanıram ki Azərbaycanda keçirilən forumda da dünyamızı narahat edən məsələlər ətrafında geniş müzakirələr aparılacaq, müasir dövrümüzün çağırışlarına nəzər salınacaq. Problemlərin həlli istiqamətində dünyanın tanınmış şəxsləri, liderləri öz fikirlərini və münasibətlərini geniş şəkildə bildirəcəklər. Bu prosesdə Azərbaycan növbəti dəfə öz ciddi töhfəsini vermiş olacaq.
Forum Azərbaycanın dünyanı narahat edən problemlərə nə qədər həssas yanaşdığını, nə qədər diqqətlə yanaşdığını bir daha göstərir. Azərbaycanın beynəlxalq imicini və sülhsevərliyini bir daha açıq-aydın göstərir”.

Tehsil-press.az



Oxşar xəbərlər