Deputat: İslam dini Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin formalaşmasında böyük rol oynayıb

Deputat: İslam dini Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin formalaşmasında böyük rol oynayıb İslam dini Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin formalaşmasında çox böyük rol oynayıb.
Bu fikri Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan İlahiyyat İnstitutu və “İdrak” İctimai Birliyinin birgə təşkil etdikləri “Müasir çağırışlar kontekstində MDB ölkələrində islamşünaslıq” mövzusunda keçirilən beynəlxalq forumda deyib.
Ceyhun Məmmədov Azərbaycanda mövcud dövlət-din münasibətlərinə toxunub. Bildirib ki, hazırda ölkəmizdə həyatın bütün sahələrində dərin, rasional və praqmatik islahatlar uğurla həyata keçirilir. Mövzu və istiqamətlər baxımından zəngin olan bu Forum islamşünaslıq elminin tədqiqinə töhfə verəcək.

Tehsil-press.az

Oxşar xəbərlər