Təhsilalanların elmə marağını artırmaq üçün nə etdik və ya nə edirik?

Təhsilalanların elmə marağını artırmaq üçün nə etdik və ya nə edirik? Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm festivalı çərçivəsində Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru professor Zahid Məmmədovun moderatorluğu ilə “Təhsilalanların elmə marağını artırmaq üçün nə etdik və ya nə edirik?” mövzusuna həsr olunan tədbir keçirilib.
Tədbirdə professor Zahid Məmmədov tələbələrin elmi-tədqiqat fəaliyyəti, eləcə də tədqiqat prosesi üçün zəruri olan elmi biliklərin metod və formaları haqqında məlumat verib.
SABAH Mərkəzinin rəhbəri dosent Aida Quliyeva tədbirdə tələbələrin elmə verdiyi dəyərdən danışaraq, dünya praktikasına nəzər salıb.
Tələbə işləri mərkəzinin direktoru Xalidə Yusifova, “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin sədri Aslan Əzimzadə tələbələrin elmi fəaliyyətləri, həyata keçirilən layihələr barədə məlumat verib.
Görüş maraqlı diskussiya ilə davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər