Tələbələrin 68-ci elmi-texniki konfransında 300-dək məruzə dinləniləcək

Tələbələrin 68-ci elmi-texniki konfransında 300-dək məruzə dinləniləcək Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görkəmli alim Saleh Qocayevin anadan olmasının 120 illiyinə həsr edilmiş tələbələrin 68-ci elmi-texniki konfransı keçirilir.
Tədbirdə tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov tələbələrin universitetdə elmi-tədqiqat işlərinə cəlb olunması üçün yaradılan şəraitdən söz açıb, onların vaxtlarını elmi araşdırmalara sərf etməsini yüksək dəyərləndirib.
Universitetin neft-mexanika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Tahir Süleymanov görkəmli alim Saleh Qocayevin həyat və fəaliyyəti haqqında təqdimatla çıxış edib.
Sonra bölmə iclasları olub. Konfransda 300-dək məruzənin dinlənilməsi nəzərdə tutulub.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı müxtəlif bölmələrdə tələbələrin çıxışlarını dinləyib, tövsiyələrini verib.
Elmi-texniki konfrans dekabrın 16-da başa çatacaq.

Tehsil-press.az

Oxşar xəbərlər