Lukaşenko və Rəisi ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək barədə razılığa gəliblər

Lukaşenko və Rəisi ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək barədə razılığa gəliblər Belarus və İran əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bütün imkanlardan istifadə edəcəklər.
Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Tehranda iranlı həmkarı İbrahim Rəisi ilə danışıqlarda bildirib.
"Belarus və İran arasında, xüsusən də son 2 ildə mövcud təmaslar həqiqətən Sizin xidmətinizdir. Mən bunu yaltaqlıq üçün deməmişəm. Düzünü deyim, bəlkə də mənim günahıma görə, biz İran dövlətinə diqqəti bir qədər zəiflətdik. Mən tez - tez bu barədə düşünərək belə qənaətə gəlirəm ki, biz bu dövr, bəlkə də o qədər də gərgin olmayan münasibətləri yaşamalı idik. Bu dövr bir - birimizə nə qədər ehtiyac duyduğumuzu, bu dünyada nə qədər sıx əməkdaşlıq etməli olduğumuzu başa düşməyimizlə xarakterizə olunur",- deyə Lukaşenko vurğulayıb.
İran prezidenti isə qeyd edib ki, Belarus-İran münasibətləri həmişə yüksəlişdə olub. Ancaq son 2 ildə, onun sözlərinə görə, həqiqətən bir irəliləyiş nümayiş etdirdilər.
"Şübhəsiz ki, sizin İrana səfəriniz ikitərəfli münasibətlərimizin inkişafına ciddi böyük təkan verəcək", - deyə Rəisi bildirib.
2021-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 33 milyon dolları ötüb və 2020-ci illə müqayisədə üçdə birindən çox artıb.. Xüsusi ilə ötən il ticarət səviyyəsi daha da əhəmiyyətli dərəcədə artıb: 2022-ci ildə Belarus və İran 100 milyon dollar dəyərində bazarlıq edib ki, bu da üçqat artımdır.

Tehsil-press.az

Oxşar xəbərlər