Putin və Paşinyan Bakı ilə Yerevan arasında sülh müqaviləsini müzakirə ediblər

Putin və Paşinyan Bakı ilə Yerevan arasında sülh müqaviləsini müzakirə ediblər Ermənistan tərəfinin təşəbbüsü ilə Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə telefon danışığı olub.
Bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illər üzrə məlum razılaşmalarının, o cümlədən Ermənistan - Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə addımların həyata keçirilməsinin praktiki aspektləri nəzərdən keçirilir", - deyə məlumatda bildirilir.
"Qarabağ ətrafındakı mövcud vəziyyətin müzakirəsi zamanı Vladimir Putin ortaya çıxan bütün məsələlərin konstruktiv şəkildə, tərəflərin Rusiya sülhməramlıları ilə sıx təmasda və qarşılıqlı əlaqədə həll edilməsinin vacibliyini vurğuladı", - deyə Kremldən bildirilib.

Tehsil-press.az

Oxşar xəbərlər