Bakıda tapança satan şəxs tutuldu - Video

Bakıda tapança satan şəxs tutuldu - Video Bakıda odlu silah satan şəxs tutulub.
Pirallahı RPİ-nin Cinayət Axtarış Şöbəsinin keçirdiyi əməliyyatla üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan əvvəllər məhkum olunmuş Samir Əliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar edilib.
Samir Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı Pirallahı RPİ-də araşdırmalar davam etdirilir.



Tehsil-press.az


Oxşar xəbərlər