Bu əməliyyatlarda 115 nəfər saxlanıldı

Bu əməliyyatlarda 115 nəfər saxlanıldı Suraxanıda son 1 ayda narkotik dövriyyəsi, oğurluq, quldurluq, dələduzluq və qanunsuz silah saxlayan ümumilikdə 115 nəfər saxlanılıb.
Həmin şəxslərdən 75-i narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Onlardan ümumilikdə 24 kiloqram narkotik, psixotrop maddə və 500 çətənə kolu aşkar edilib. Narkotiklə bağlı saxlanılardan 11-i narkotik satışına nəzarət edən şəxslər olublar.
Xəbəri rus dilində oxuyun: С сегодняшнего дня жителей переселяют в село Агалы - Фото
Qeyd edilən dövrdə Hövsan, Qaraçuxur, Əmircan, Bülbülə və Binə qəsəbələrində yerləşən evlərdən, mağazalardan, avtomobillərdən silsilə oğurluqlar edən, habelə sosial şəbəkələrdə mebel satışı ilə bağlı saxta elan verərək 16 nəfəri dələduzluq yolu ilə aldadan və quldurluq edən 37 nəfər saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 41 obyektdən pul, məişət və digər əşyalar oğurladıqları, habelə 5 nəfər qarşı quldurluq etdikləri müəyyən edilib.
Hesabat dövründə Suraxanı rayonunda üzərində qanunsuz olaraq silah saxlayan 3 nəfər də tutularaq istintaqa cəlb edilib. Onlardan 2 ədəd avtomat silah və 1 ədəd “Makarov” markalı tapança aşkar edilib.
Faktlarla əlaqədar cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Tehsil-press.az



Oxşar xəbərlər