Birləşmiş Ərəb Əmirliklərində Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (2020-2021) keçirilib. Olimpiadada Azərbaycan məktəbliləri də iştirak ediblər.
Olimpiada MCQ (test), nəzəri və laboratoriya mərhələsindən ibarət olub. Test və nəzəriyyə mərhələləri Heydər Əliyev adına Müasir Təhsil Kompleksində, laboratoriya mərhələsi isə Azərbaycan-Fransız Universitetində onlayn formatda baş tutub. 59 ölkədən 354 şagirdin iştirak etdiyi olimpiadada məktəblilərimiz uğurlu nəticə əldə ediblər. Komandamız 1 gümüş və 3 bürünc medal olmaqla, ümumilikdə 4 medal qazanıb. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi Nigar Yaqublu gümüş medala, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Dərya Namazova, Kimya-biologiya təmayüllü liseyin X sinif şagirdi Sara Əhmədzadə və akademik Zərifə Əliyeva adına Liseyin X sinif şagirdi Daniil Yarkovoy isə bürünc medala layiq görülüblər.
Tehsil-press.az