Məktəblilərimizin 38-ci Balkan Riyaziyyat Olimpiadasındakı uğuru

Məktəblilərimizin 38-ci Balkan Riyaziyyat Olimpiadasındakı uğuru Kiprdə təşkil olunan 38-ci Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz uğurlu nəticə göstəriblər. 18 ölkədən 108 məktəblinin virtual şəkildə qatıldığı yarışda komandamızın 2 üzvü gümüş medal, 1 üzvü isə həvəsləndirici mükafat qazanıb.
Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Fidan Qarayeva və Bakı şəhəri 220 nömrəli məktəb-liseyin XI sinif şagirdi Yusif Qasımov gümüş medal, Bakı şəhəri 72 nömrəli tam orta məktəbin X sinif şagirdi Cavad İsmayılzadə həvəsləndirici mükafat qazanıb.

Tehsil-press.az

Oxşar xəbərlər