Virtual şəkildə təşkil olunan IX Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) başa çatıb.
Sözügedən elm yarışında ölkəmizi təmsil edən nazirliyin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Zəhra Bayramlı, Bakı şəhəri 257 nömrəli məktəbin VIII sinif şagirdi Fidan Qarayeva və Humanitar fənlər təmayüllü liseyin X sinif şagirdi Aysun Bayramlı uğurla çıxış edərək bürünc medal qazanıblar.
Qeyd edək ki, builki olimpiadada dünyanın 53 ölkəsindən 205 şagird bilik və bacarıqlarını sınayıb. Məktəblilərimiz bu il 4-cü dəfədir ki, sözügedən elm yarışına qatılıb.
Tehsil-press.az