Aynurənin qətlinə qardaşı belə müdaxilə etməyibmiş...

Aynurənin qətlinə qardaşı belə müdaxilə etməyibmiş... Ötən il Gəncədə küçədə arvadını öldürən 38 yaşlı Rauf Vəliyevin məhkəməsi yekunlaşıb.
Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Rauf arvadı Aynurə Vəliyevanı uşaqları bağçadan götürdüyü zaman öldürüb.
Hadisə gündüz vaxtı küçədə baş verib. Belə ki, bir müddətdir arvadından ayrı yaşayan Rauf Aynurənin uşaqları bağçadan götürmə vaxtına əsasan küçədə onu tutub. Həmin vaxt hadisə yerində Aynurənin qardaşı və kiçik oğlu da olub.
R.Vəliyev arvadıyla şəxsi söhbət etmək bəhanəsi ilə onu bir qədər kənara çəkib və mobil telefonunu istəyib. Qadın telefonu verməyib və R.Vəliyev üstündə gətirdiyi bıçaqla onu vurmağa başlayıb.
Aynurə Vəliyeva iki bıçaq zərbəsindən sonra qaçmağı bacarsa da, Rauf arxadan ona çatıb. Saçından tutaraq yerə yıxıb və bıçaqlamağa davam edib. Bu zaman ətrafda olan sakinlər və qadının qardaşı hadisəyə müdaxilə etməyiblər.
Hökmə əsasən, R.Vəliyev 16 il müddətə azadlıqdan məhrum edilib.

Tehsil-press.az






Oxşar xəbərlər