25 yaşlı gənci butulka parçası ilə yaraladı - Telefona görə

25 yaşlı gənci butulka parçası ilə yaraladı - Telefona görə Cəlilabad rayonunun Maşlıq kəndində yerli sakinlər arasında düşən mübahisə 1 nəfərin ağır yaralanması ilə nəticələnib.

Tehsil-press.az-ın məlumatına görə, mübahisə 25 yaşlı kənd sakini Raul Adıgözəlovla Muğan kənd sakini Əliqismət Dövlətov arasında olub.
Qarşı tərəfin sözlərini həzm etməyən Əliqismət əlindəki sınıq butulka parçası ilə Raulun bel nahiyəsinə bir neçə zərbə endirib. Zərbənin təsirindən yaralı hadisə yerində huşunu itirib. Daha sonra o, yaxınları tərəfindən Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.
Yaralının sözlərinə görə, söhbət telefon üstündə olub. O, öz mobil telefonunu Əliqismətin telefonu ilə barter edib. Lakin səhəri gün telefon xarab olub, o da telefonu Əliqismətə qaytarmaq istəyib. Elə bu zaman mövcud qanlı hadisə baş verib.
Faktla bağlı polisə məlumat verilib. Hadisənin təfərrüatları araşdırılır.


Tehsil-press.az

Oxşar xəbərlər