Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecmenti kafedrasının müdiri professor Məhəbbət Məmmədov və kafedranın müəllimi dosent Ələsgər Əliyevin həmmüəllifliyi ilə “Menecment” adlı dərslik nəşr olunub.
Dərslik Elm və Təhsil Nazirliyinin qrifi ilə hazırlanıb. Dərslikdə menecmentin mahiyyəti, idarəetmənin təkamül nəzəriyyəsi, əsas konsepsiyası və işlənilməsi xarakteristikası, menecerlərin funksiyaları və onların qarşılıqlı əlaqələri, habelə tikintidə istehsalın idarə olunmasının əsasları, inşaat-investisiya sferasında strateji menecmentin vəzifələri, təşkilati quruluşu və planlaşdırmanın nəzəri əsasları öz əksini tapıb. Nəşrdə, həmçinin tikintidə innovasiya menecmentinin xüsusiyyətləri, idarəetmə sistemində insan amilinin rolu, maliyyə menecmenti ilə əlaqədar məsələlər də yer alıb.
Dərslik universitetlərdə menecment ixtisası üzrə bakalavr səviyyəsində təhsil alan tələbələr, professor-müəllim heyəti, eyni zamanda magistrant və doktorantlar, elmi işçilər, müəssisə və təşkilatlarda idarəetmə sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün nəzərdə tutulub.
Tehsil-press.az