Azərbaycan Dillər Universitetinin (ADU) Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Şəfəq Abdullayevanın müəllifi olduğu “Almaniya Federativ Respublikasının iqtisadiyyatı” adlı dərslik çapdan çıxıb. ADU-nun Elmi Şurasının qərarına əsasən çapdan çıxan dərsliyin elmi redaktorları Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Xidmət sahələrinin menecmenti” kafedrasının professoru Həmzə Xəlilov və Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının professoru Elnur Sadıqovdur. Turxan Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunan kitab 214 səhifədən ibarətdir.
Ana dilimizdə ilk dəfə çap olunan bu dərslik tələbələri AFR iqtisadiyyatı ilə yaxından tanış etmək məqsədi daşıyır. Altı fəsildən ibarət olan kitabın birinci fəsli AFR-in iqtisadi inkişafının ümumi xarakteristikasına həsr olunub. Kitabın digər fəsillərində AFR iqtisadiyyatının başlıca cəhətləri, AFR-in maliyyə-kredit və bank sistemi, AFR-in sosial-iqtisadi problemləri, AFR-in ekologiyası, dünya iqtisadiyyatında AFR-in yeri və rolu ilə bağlı mövzular yer alıb. Dərslikdə hər mövzunun sonunda tələbələrin biliklərini möhkəmləndirmək üçün sual və tapşırıqlar qeyd olunub.
Dərslikdən coğrafiya, tarix, beynəlxalq münasibətlər, regionşünaslıq və diplomatiya sahəsində ixtisaslaşan bakalavr və magistr pilləsinin tələbələri istifadə edə bilər.
Qeyd edək ki, Ş.Abdullayevanın Kanada, Birləşmiş Ərəb Əmirlikləri və Ukraynada çoxsaylı məqalələri çıxıb. BƏƏ-də çıxan məqaləsinə görə sertifikatla təltif olunan dosentin keçən il “ABŞ-ın müasir iqtisadiyyatı və onun inkişaf perspektivləri” adlı dərs vəsaiti nəşr edilib.

ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsi