Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) yarandığı gündən burada tədris-metodik işin keyfiyyətini daha da artırmaq üçün müvafiq tədbirlər sistemli şəkildə davam etdirilir. Bu baxımdan, tədris olunan fənlərin yeni fənn proqramı və dərsliklərlə təminatı sahəsində vəziyyətin yaxşılaşdırılması diqqət mərkəzindədir. Fəaliyyət göstərdiyi 12 il ərzində ATMU-nun əməkdaşları tərəfindən hazırlanan 240 adda fənn proqramı, metodik vəsait, metodik göstəriş, dərs vəsaiti və dərsliklər çap olunub.
Cari tədris ilində universitetdə 51 adda tədris-metodik vəsait çap olunub. Yeni nəşrlərdən 29–u fənn proqramı, 22-si isə metodik vəsait, dərs vəsaiti, monoqrafiya və dərslikdir.
Nəşrlər universitetdə tədris aparılan ixtisaslara müvafiq hazırlanıb və tədrisdə istifadəsi zəruridir. Belə ki, universitetin rektoru İlham Mədətovun və dosent Məhərrəm Zülfüqarlının həmmüəllifliyi ilə hazırlanmış “Azərbaycan tarixi” dərsliyi son dövrlərdə ölkə tarixinə yeni yanaşmanın göstəricisi olmaqla, dəqiq faktlara əsaslanır. Dərslikdən istifadə tələbələrin doğma vətənin tarixinə aid məlumatları daha dərindən və düzgün mənimsəmələrinə kömək edəcək.
Həmçinin pedaqoji elmlər doktoru İranə Əliyevanın yeni təlim metodologiyalarına əsaslanaraq hazırladığı çoxcildli “Rus dili” dərs vəsaiti tələbələrdə dil öyrənmədə asan mənimsəmə imkanlarını verir.
Azərbaycan iqtisadiyyatının son 25 ildə müstəqillik dövründə ümumi xarakteristikası, makroiqtisadi, sektorlar üzrə və regional analizi, beynəlxalq iqtisadi sistemlərlə inteqrasiya prosesi və investisiya imkanları dosent Anar Eminovun həmmüəllifi olduğu “Müstəqilliyin 25 ilində Azərbaycan iqtisadiyyatı” dərs vəsaitində əksini tapıb.
Universitetin menecment kafedrasının əməkdaşlarının kollektiv əməyi nəticəsində hazırlanmış “Menecmentin əsasları” kitabı menecment nəzəriyyələri, menecmentin əsas anlayış və funksiyaları, o cümlədən menecment alətləri və risk, stress, antiböhran menecmentinin dərk olunması, həmçinin praktik iş zamanı tətbiq olunması üçün ölkə səviyyəsində yazılan ən yaxşı dərs vəsaitidir.
Nəqliyyat servisi ixtisasının tələbələri üçün nəzərdə tutulmuş, milli və beynəlxalq nəqliyyat hüququnun oxşar və fərqli cəhətlərini, eləcə də nəqliyyat daşımaları ilə əlaqəli qanunvericilik aktlarını toplu halında təqdim edən hüquq elmləri namizədi Avtandil Bayramovun həmmüəllifliyi ilə hazırlanmış “Nəqliyyat hüququ” dərs vəsaiti bu istiqamətdə təhsil alan tələbələrə böyük töhfədir.
Turizmdə işlənən sözlərin, terminlərin tələbələrə, həmçinin sənaye əməkdaşlarına izahlı və anlaşılan şəkildə çatdırılması məqsədilə “Dillər” kafedrasının əməkdaşları tərəfindən hazırlanmış “İzahlı turizm terminləri lüğəti” bu sahədə ilk nəşrdir.
ATMU-nun əməkdaşları - dosent Flora Ələsgərova və Aliyə Hacıbəylinskaya tərəfindən hazırlanaraq rusdilli qruplar üçün tədrisi nəzərdə tutulan, informasiya sisteminin iqtisadi cəhətdən səmərəli tətbiqinin təmin edilməsi və biznes proseslərin modelləşdirilməsinin əsasında dayanan “İqtisadi İnformatika”nın əsaslarını özündə əks etdirən dərs vəsaiti universitetdə ilk dəfə tələbələrə təqdim olunur.
İxtisas kafedrasının əməkdaşları tərəfindən hazırlanmış “Xammal və qida məhsullarının təhlükəsizliyi” kitabı qida məhsulları mühəndisliyi ixtisasında təhsil alan tələbələr üçün əvəzsiz töhfədir.
Universitetin nəşrləri sırasında mədəniyyət tarixinə, memorial muzeylərin fəaliyyətinə, tələbələrdə yaradıcılıq təxəyyülünün inkişafına önəm verilən çox dəyərli tədqiqatlar da yer alır.
Akademik dürüstlüyün qorunması məqsədilə Müəllif Hüquqları Agentliyindən (hazırda Əqli Mülkiyyət Agentliyi) nəzarət markaları alınaraq kitabların üzərinə vurulub və hər kitabın iki nüsxəsi Milli Kitabxanaya təqdim edilib).

Kəmalə Rəhimli