Rusiya və Britaniyanın Baş Qərargah rəisləri Ukraynanı müzakirə etdilər

Rusiya və Britaniyanın Baş Qərargah rəisləri Ukraynanı müzakirə etdilər Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi Toni Radakinlə telefon danışığı aparıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.
“Söhbət zamanı Britaniya tərəfi ilə Ukrayna tərəfindən “çirkli bomba”nın mümkün istifadəsi ilə bağlı vəziyyətin müzakirəsi davam etdirilib”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ, Fransa və Türkiyədən olan həmkarlarına Kiyevin “çirkli bomba”dan istifadə etməsi ehtimalı ilə bağlı narahatlığını bildirmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər