“Əvvəlcə öz müstəqil siyasətlərini həyata keçirməyi öyrənsinlər”

“Əvvəlcə öz müstəqil siyasətlərini həyata keçirməyi öyrənsinlər” “Ölkəmizə kömək etmək,qarşılıqlı əlaqədə olmaq, əməkdaşlıq etmək niyyətində olan dövlətlərə qarşı təhdidlər açıq-aşkar şantajdır”.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunu jurnalistin Fransa Prezidenti Emmanuel Makronun, “Rusiyaya kömək edəcək olan ölkələr Rusiyanın cinayətinə ortağı kimi qəbul ediləcək”,- ifadəsi ilə bağlı sualını cavablandıran zaman deyib.
“Suveren ölkələrlə bu şəkildə danışmaq haqqını kimin verdiyini anlamaq mümkün deyil. Heç kimin belə bir hüququ yoxdur. İlk növbədə, öz suveren, müstəqil siyasətini həyata keçirsinlər, milli maraqlarını müdafiə etməyi öyrənsinlər”, - deyə Zaxarova əlavə edib.

Tehsil-press.az




Oxşar xəbərlər