Mariya Zaxarova: Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməyib

Mariya Zaxarova: Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməyib Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməyib və dəyişə bilməz.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
M. Zaxarova qeyd edib ki, Ermənistanın siyasi partiyalarından “Daşnaksütyun” rəhbərlərilə görüş keçirilib:
"Bu görüşün və söhbətlərin də erməni tərəfinin təşəbbüsü ilə keçirildiyini deyə bilərəm. Orada bir çox məsələlər müzakirə olundu. Başlıca olmasa da, Dağlıq Qarabağ məsələsi də müzakirə olunub. Partiya rəhbərliyi ilə birgə erməni forumunun nümayəndələrinin də görüşə gələcəyi barədə diplomatlarımız məlumatlı deyildi”.
Rusiya XİN sözçüsü bildirib ki, ölkəsinin mövqeyi həmişə tarazlı olub:
"Ona görə də bu görüş mətbuatda qələmə verildiyi kimi hər hansı siyasi xarakter daşımır və Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mövqeyi dəyişməyib və dəyişə bilməz".

Tehsil-press.az

Oxşar xəbərlər