“Holcim Azərbaycan” AzMİU alimlərinin tədqiqatları ilə maraqlanır

“Holcim Azərbaycan” AzMİU alimlərinin tədqiqatları ilə maraqlanır Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “Holcim Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasındakı əməkdaşlıq memorandumu yenilənib. Yeni əməkdaşlıq memorandumunu AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və “Holcim Azərbaycan” ASC-nin baş direktoru Xalid Samaka imzalayıblar.
Memorandumda universitetlə şirkət arasında əməkdaşlığın dərinləşdirilməsi, tələbələrin və gənc alimlərin şirkətin innovativ layihələrinə cəlb edilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması üçün laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, elmi-texniki və texnoloji problemləri əhatə edən yeni tədqiqatların aparılması və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.
Bundan əlavə, AzMİU tələbələrinin “Holcim Azərbaycan”da təcrübə və iş imkanları, şirkət əməkdaşları tərəfindən tələbələrə ustad dərslərinin keçirilməsi məsələləri ətrafında da müzakirələr aparılıb.
Görüş zamanı, həmçinin AzMİU alimlərinin şirkətin profilinə uyğun elmi tədqiqatları ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, şirkət AzMİU alimlərinin tədqiqatları, xüsusilə tikinti materialları və bu materialların istehsal texnologiyaları üzrə elmi araşdırmaları ilə yaxından maraqlanır.

Tehsil-press.az




Oxşar xəbərlər