AzMİU-nun tələbələri “Holcim Azərbaycan” şirkətində ekskursiyada olublar

AzMİU-nun tələbələri “Holcim Azərbaycan” şirkətində ekskursiyada olublar Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri “Holcim Azərbaycan” ASC-də ekskursiyada olublar.
Strateji planlaşdırma şöbəsinin mütəxəssisi Vasif Əskərovun rəhbərliyi ilə tələbələr şirkətdə yaradılması nəzərdə tutulan İnnovasiya Mərkəzinin yerləşdiyi əraziyə baş çəkiblər. V.Əskərov tələbələri təhlükəsizlik tədbirləri ilə bağlı təlimatlandırdıqdan sonra şirkətin texniki sahələr üzrə mühəndisi Dəyanət Baxışəliyev rəhbəri olduğu layihə haqqında onlara məlumat verib. Ölçmə işləri aparmaq üçün anbara baxış keçirən tələbələr fərdi və ya qrup şəklində çalışıblar.
“Holсim Azərbaycan” şirkəti AzMİU tələbələrini yeni yaradılacaq İnnovasiya Mərkəzi üçün “Ən yaxşı dizayn işi” müsabiqəsində iştiraka dəvət edib. Müsabiqəyə fərdi və ya qrup şəklində qatılan 44 tələbə artıq qeydiyyatdan keçib.

Tehsil-press.az

Oxşar xəbərlər