Türkiyənin məşhur “PROYAPI” mühəndislik və müşavirlik şirkətinin idarə heyəti rəhbərinin müavini Akif Aygen Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova ilə görüşüb.
Görüşdə texniki profilli ali təhsil müəssisələrinin istehsalat müəssisələri ilə əlaqələrinin önəminə diqqət çəkən rektor Gülçöhrə Məmmədova “PROYAPI” şirkəti ilə AzMİU arasında bir sıra istiqamət üzrə əməkdaşlığın mümkün olduğunu bildirib. Qeyd olunub ki, AzMİU-da mühəndislik ixtisasları üzrə təhsil alan tələbələrin işğaldan azad olunmuş ərazilərimizdə şirkət tərəfindən reallaşdırılan böyük miqyaslı layihələrə cəlb edilməsi onların praktik biliklərə yiyələnməsi üçün müstəsna fürsətlər yarada bilər.
AzMİU haqqında təəssüratlarının yüksək olduğunu deyən Akif Aygen “PROYAPI” şirkətinin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, xüsusilə işğaldan azad olunmuş Azərbaycan ərazilərində görülən işlər haqqında geniş məlumat verib. Qonaq qeyd edib ki, hazırda Qarabağ və Şərqi Zəngəzur ərazilərində genişmiqyaslı yol və tunel tikintiləri, su anbarlarının layihələrinin hazırlanması və bu kimi işlər həyata keçirilir.
Görüşdə birgə əməkdaşlıq məsələləri ətraflı şəkildə müzakirə olunub, potensial və perspektiv imkanlar nəzərdən keçirilib.
Görüşün sonunda AzMİU ilə “PROYAPI” şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumda əməkdaşlığın bir sıra istiqamətləri, o cümlədən AzMİU-nun tələbələrinin “PROYAPI” şirkətində təcrübəyə cəlb olunması, universitet məzunları üçün karyera imkanları, birgə konfrans və simpoziumların təşkili, təcrübə mübadiləsi məsələləri əks olunub.
Tehsil-press.az