Türkiyə, Rusiya, Suriya və İran XİN rəhbərlərinin görüşü təxirə salındı

Türkiyə, Rusiya, Suriya və İran XİN rəhbərlərinin görüşü təxirə salındı İran, Suriya, Rusiya və Türkiyə xarici işlər nazirlərinin dördtərəfli görüşü may ayına təxirə salınıb.
Bu barədə Rusiyanın Suriyadakı səfiri Aleksandr Yefimov bildirib.
Yefimovun sözlərinə görə, bu formatda müsbət nəticələrin əldə olunması üçün əlaqələr və məsləhətləşmələr davam edir. O bildirib ki, Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşmasına danışıqların bir raundu ilə nail olmaq mümkün deyil.
Qeyd edək ki, iclas sabah, aprelin 10-da baş tutmalı idi.

Tehsil-press.az




Oxşar xəbərlər