Moskva dördtərəfli görüşdən imtina edir?

Moskva dördtərəfli görüşdən imtina edir? Moskva Suriya, İran və Türkiyə ilə xarici işlər nazirlərinin müavinləri səviyyəsində qarşıdan gələn dördtərəfli məsləhətləşmələrin cədvəlini razılaşdırır, konkret tarixlər yoxdur.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Boqdanov deyib.
"Hələ heç nə ilə bağlı razılığa gəlməmişik. Ona görə də təxirə salınacaq heç nə yoxdur. Biz bu görüşün tez baş tutmasından yanayıq. Amma həmkarlarımızın - suriyalıların, türklərin və iranlıların iş qrafiki var. Konkret tarix olmasa da, biz koordinasiyaya davam edəcəyik", - Boqdanov bildirib.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya tərəfinin Türkiyə, Rusiya, İran və Suriya nümayəndə heyətlərinin Moskvada keçiriləcək görüşünün təxirə salınmasını təklif etdiyini, Ankaranın bu təkliflə razılaşdığını bildirmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər