ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton Wall Street Journal üçün yazdığı məqalədə bildirib ki, NATO daha üç ölkənin ona qoşulması hesabına Ümumdünya Təşkilatına çevrilə bilər.
O deyib ki, biz İspaniyanın keçmiş Baş naziri Xose Mariya Asnarın ideyasını həyata keçirməliyik: "Bu məqsədlə Yaponiya, Avstraliya və İsraili alyansa dəvət edərək NATO-nu qlobal bir təşkilat halına gətirməliyik".
Trampın keçmiş müşaviri əlavə edib ki, NATO-nun müdafiə xərcləri ilə bağlı normalarına uyğun olacaq digər ölkələr də Şimali Atlantika Alyansına qoşula bilər.
Onun fikrincə, dövlətlər və müttəfiqləri digər sahələrin maliyyələşdirilməsini azaltmaqla müdafiə büdcələrini artırmalıdırlar.
Bundan əvvəl Finlandiya və İsveç NATO-ya qoşulmaq istədiklərini bildirdilər və onlar keçən ilin may ayında hərbi təşkilatın baş katibinə alyansa qoşulmaq üçün müraciətlər verdilər. Martın 31-nə keçən gecə Finlandiyanın NATO-ya müraciətinin alyansın bütün üzvləri tərəfindən ratifikasiyası başa çatdı. İsveçin NATO-ya üzvlüyünə isə hələ də Macarıstan və Türkiyə razılıq verməyib.
Tehsil-press.az