Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri, orta məktəb şagirdləri, valideynlər, həmçinin işəgötürənlər iştirak ediblər.
Tədbirə 600-dən çox 9 və 11-ci sinif şagirdi cəlb edilib. Tədbir zamanı iştirakçılar peşə təhsil müəssisəsinin emalatxanalarına baş çəkib, mövcud avadanlıq və xidmətlərlə yerində tanış olublar. Tədbirdə aşpaz, qənnadıçı şirniyyatçı, bərbər, dərzi, ağac nəqqaşı, mebel ustası, elektrik qaz qaynaqçısı, kimyəvi analiz laborantı, laborant mikrobioloq, bərbər-vizajist-manikürçü ixtisaslarında təhsil alan tələbələrin əl işləri sərgilənib, eyni zamanda, həmin ixtisaslar üzrə mütəxəssis məlumatları təqdim edilib.
“Açıq qapı” günündə iştirakçılara peşə təhsilində inklüziv tədris və xidmətlər, 2023/2024-cü tədris ili üzrə qəbul aparılacaq ixtisaslar, peşə təhsil müəssisələrinə qəbul qaydaları barədə ətraflı məlumat verilib. Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən məzun olan şəxslər və işəgötürənlərlə karyera perspektivləri barədə müzakirələr aparılıb.
Qeyd edək ki, “açıq qapı” günlərinin əsas məqsədi peşə təhsil müəssisələri haqqında məlumatlılıq səviyyəsini artırmaq, eləcə də gənclər üçün müvafiq təhsil seçimlərindən biri kimi peşə təhsilinin uğurlu təqdimatına kömək etməkdir.
Tehsil-press.az