Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə sənaye profilli peşə məktəblərində “Açıq qapı” günü keçirilib.
Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmiləri, peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti, o cümlədən Bakı və ətraf ərazilərdən olan ümumtəhsil məktəblərinin 500-dən çox buraxılış sinif şagirdi iştirak edib. “Açıq qapı” günündə iştirak edən şagirdlərin arasında həm internat tipli müəssisələrdə təhsil alan şagirdlər, həm də sağlamlıq imkanları məhdud olan şəxslər yer alıblar.
“Açıq qapı” günündə qonaqlara sənaye və tikinti profilli peşə məktəblərində təhsil alan tələbələrin əl işlərindən ibarət sərgilər nümayiş etdirilib, ustad dərsləri keçirilib. Bununla yanaşı, tədbir iştirakçıları üçün əyləncəli oyunlar, viktorinalar təşkil olunub. Həmçinin tədbir iştirakçıları müxtəlif peşələrin sirri ilə bağlı maraqlı məlumatlar əldə ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək, gənclərin, valideynlərin, o cümlədən bütün maraqlı tərəflərin bu prosesə cəlb olunmasını təmin etməkdir.
Tehsil-press.az