Peşə məktəbində inklüziv qrupların tələbələrinin iştirakı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Peşə məktəbində inklüziv qrupların tələbələrinin iştirakı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib. Tədbir vitraj, florist, qrimçi-pastijor, aşpaz, qənnadıçı-şirniyyatçı, bərbər ixtisasları üzrə təhsil alan tələbələrin və inklüziv qruplarda təhsil alanların birgə iştirakı ilə təşkil edilib.
Tədbirin əsas məqsədi fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası və gələcəkdə birgə fəaliyyətdir.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri, orta məktəb rəhbərləri, müəllimləri, şagirdləri, valideynlər iştirak ediblər. Tədbir iştirakçıları tələbələrin əl işləri ilə tanış olublar.
Qeyd edək ki, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində inklüziv peşə təlimləri Avropa İttifaqının maliyyələşdirdiyi “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində keçirilir.

Tehsil-press.az


Oxşar xəbərlər