Zelenskidən Rusiya ilə bağlı qadağa

Zelenskidən Rusiya ilə bağlı qadağa Ukrayna Prezidenti Volodimir Zelenski “dekolonizasiya” haqqında qanunu imzalayıb.
Qanun Ukraynada coğrafi obyektlərə Rusiya, onun görməli məkanları və yaxud tarixi hadisələri ilə bağlı adların verilməsini qadağan edir.
Ukrayna parlamenti sözügedən qanunu martın 21-i qəbul edib.
Qeyd edək ki, Ukraynada 2015-ci ildən başlayaraq Rusiya ilə əlaqəli adlara sahib abidələrin və coğrafi obyektlərin adları dəyişdirilir. 8 il ərzində Ukraynada 900-dən çox yaşayış məntəqəsinin və təqribən 50 min küçənin adı dəyişdirilib.

Tehsil-press.az




Oxşar xəbərlər