Zelenski rusiyalılara qarşı yeni sanksiyalar tətbiq edib

Zelenski rusiyalılara qarşı yeni sanksiyalar tətbiq edib Müharibə aparmaqda, Ukraynada həyatı və insanları məhv etməkdə Rusiyaya yardım edən və ya bu işdə iştirak edənlərə qarşı sanksiyalarla bağlı yeni qərarlar qəbul edilib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 26-da axşam videomüraciətində bildirib.
Bazar günü Ukrayna lideri Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarlarını həyata keçirmək üçün üç fərman imzalayıb.
“Bu sanksiyalar Ukraynalı uşaqların oğurlanmasında əli olan rusiyalılara qarşı, idmanı təcavüzün xidmətinə verməyə çalışan Rusiya idman sektorunun nümayəndələrinə qarşı, Ukrayna ilə müharibə üçün Rusiyada muzdlu strukturların saxlanmasına kömək edənlərə qarşı yönəlib”, - deyə Zelenski izah edib.

Tehsil-press.az

Oxşar xəbərlər