Rusiyada 100-ə yaxın ev yandı, ölən var

Rusiyada 100-ə yaxın ev yandı, ölən var Rusiyanın Sverdlovsk vilayətinin Sosva kəndində yanğın baş verib.
Bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyi öz teleqram kanalında məlumat yayıb.
“Ümumilikdə yanğın nəticəsində 92 tikiliyə ziyan dəyib. Dağıntıların söndürülməsi və təmizlənməsi zamanı bir nəfərin meyiti aşkar edilib”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürən qatarı və bir helikopteri də daxil olmaqla 120 nəfər və 33 texnika cəlb olunub. İdarədən verilən məlumata görə, quru otların çox olması səbəbindən yanğın genişlənməkdə davam edir.

Tehsil-press.az


Oxşar xəbərlər