Masallıda dəhşətli yanğın - Ər-arvad öldü

Masallıda dəhşətli yanğın - Ər-arvad öldü Masallıda 2 nəfərin ölümü ilə nəticələnən yanğın olub.
Tehsil-press.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Təzə Alvadı kəndində ümumi sahəsi 180 m2 (hər mərtəbəsi 90 m2) olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli 7 otaqlı evin dam örtüyü, 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m2 sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu 1973-cü il təvəllüdlü Əzimov Namiq Kamran oğlu və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Əzimova Zeynəb Soltanabad qızının yanmış cəsədləri aşkar olunub.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb və 3 nəfər xilas edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Tehsil-press.az

Oxşar xəbərlər