“Ukraynadakı müharibənin nə vaxt başa çatacağını bilmirik” - Stoltenberq

“Ukraynadakı müharibənin nə vaxt başa çatacağını bilmirik” - Stoltenberq "Biz Ukraynadakı müharibənin nə vaxt başa çatacağını bilmirik".
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuat konfransında deyib.
“Biz müharibənin nə vaxt bitəcəyini bilmirik. Lakin bilirik ki, Rusiya təcavüzü birdəfəlik dayandırılmalıdır. Bütün NATO tərəfdaşlarının bu məqsədi dəstəkləməsini gözləyirik”, - deyə o əlavə edib.
Stoltenberq Gürcüstanı NATO-nun ən yaxın tərəfdaşlarından biri adlandırıb:
“Müttəfiqlər Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəkləyir”.

Tehsil-press.az


Oxşar xəbərlər