“Növbəti aylar Rusiya-Ukrayna müharibəsində həlledici olacaq”

“Növbəti aylar Rusiya-Ukrayna müharibəsində həlledici olacaq” “Ukrayna heç vaxt öz müstəqilliyi və ərazi bütövlüyü baxımından Rusiyaya güzəştə getməyəcək. Növbəti aylar bu müharibədə həlledici olacaq”.
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak NHK-ya müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri işğalçıların işğal etdikləri bütün əraziləri geri qaytarmaq üçün cənubda əks-hücumu gücləndirəcək. Yermak əlavə edib ki, uzunmüddətli müharibədə rus qoşunları üstünlük əldə edəcək.
Ukrayna PO rəhbərinin fikrincə, əgər döyüşlər qışadək davam etsə, Ukrayna ordusuna öz ərazilərini geri qaytarmaq daha da çətin olacaq.
Yermak bildirib ki, bütün müzakirələr mümkün tədbirlər görməyə və döyüş əməliyyatları zamanı dönüş yaratmağa yönəlib. O, ABŞ və Qərb müttəfiqlərini Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb.

Tehsil-press.az


Oxşar xəbərlər