Ukrayna daha 12 vətəndaşını əsirlikdən qaytarıb

Ukrayna daha 12 vətəndaşını əsirlikdən qaytarıb Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub. Daha 12 ukraynalı vətənə qayıdıb.
Bu barədə Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak teleqram səhifəsində məlumat yayıb. Qeyd olunub ki, əsirlikdən qaytarılanlardan 9-u hərbçi, 3-ü isə mülki şəxsdir.
Yermak bildirib ki, azad edilənlər arasında 2 zabit, 7 sıravi və çavuş var.

Tehsil-press.az

Oxşar xəbərlər