AƏSMA-da “Müstəqil vergi siyasəti və onun uğurlu davamı” ” adlı tələbə elmi-praktiki konfrans keçirildi

AƏSMA-da “Müstəqil vergi siyasəti və onun uğurlu davamı” ” adlı tələbə elmi-praktiki konfrans keçirildi Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Maliyyə -iqtisad” fakültəsinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Müstəqil vergi siyasəti və onun uğurlu davamı” adlı tələbə elmi-praktiki konfrans keçirilmişdir.
Konfransı giriş nitqi ilə Akademiyanın “Tədris və elmi işlər” üzrə prorektoru prof. F.F.Möhbalıyev açaraq H.Əliyevin həyat və yaradıcıllığından geniş bəhs etmişdir. Daha sonra Maliyyə və mühasibat uçotu kafedrasının müəllimlərinin hazırladıqları tələbələr - Eyvazova Minəxanım,Qəhrəmanlı Fuad, Məmmədova Fatimə, İsmayılova Arzu, Hüseynova Günəş, Qurbanova Aysel, Qədirova Xəyalə, Allahverdiyeva Aynurə, Məmmədova Rəqsanə, Məmmədova Röya müxtəlif mövzularda təqdimatlar etmişlər.
Konfrans zamanı Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarxlar nümayiş etdirilmişdir. Konfransın sonunda “Maliyyə -iqtisad” fakültəsinin dekanı dos.H.Ə.Mirzəyeva tələbələrə minnətdarlığını bildirərək, iştiraklarına görə sertifikatlarla təltif etdi.

Tehsil-press.az

Oxşar xəbərlər