UNEC-də Ümumdünya Ticarət Təşkilatı üzrə Beynəlxalq Tədqiqat Mərkəzi yaradılacaq

UNEC-də Ümumdünya Ticarət Təşkilatı üzrə Beynəlxalq Tədqiqat Mərkəzi yaradılacaq Azərbaycan Respublikasının BMT-nin Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında nümayəndəsi Qalib İsrafilovun iştirakı ilə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Azərbaycan üzrə işçi qrupun sədri, Türkiyənin ÜTT yanındakı daimi nümayəndəsi Alpaslan Acarsoyun rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.
UNEC-in rektoru professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə Ümumdünya Ticarət Təşkilatının nümayəndələrinə universitet barədə məlumat verilib.
Sonra Azərbaycanın ÜTT-yə üzvlük prosesinin cari vəziyyəti və qarşıda duran məsələlər, eləcə də həmin prosesdə akademik dairələrin rolu barədə müzakirələr aparılıb. Sonda UNEC-də ÜTT ilə birlikdə Ümumdünya Ticarət Təşkilatı üzrə Beynəlxalq Tədqiqat Mərkəzinin yaradılmasına dair qərar verilib.

Tehsil-press.az




Oxşar xəbərlər