UNEC ilə Türkiyənin İbn Haldun Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

UNEC ilə Türkiyənin İbn Haldun Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb Türkiyənin İbn Haldun Universitetinin nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
İbn Haldun Universitetinin rektoru professor Atilla Arkan, Qəyyumlar Şurasının sədri İrfan Gündüz, sədr müavini Necmeddin Bilal Erdoğan, Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin direktoru professor Yaşar Sarının təmsil olunduqları nümayəndə heyəti rektor Ədalət Muradovla görüşüb.
Görüşdə UNEC-lə İbn Haldun Universiteti arasında əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılıb.
Müzakirələrdən sonra iki universitet arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Tehsil-press.az



Oxşar xəbərlər