Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya və Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Şahin Bağırov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar.
Rektor Ədalət Muradov universitetin fəaliyyət istiqamətləri, ixtisaslar, təhsil formaları, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Rektor Dövlət Gömrük Komitəsinin sədri və Ümumdünya Gömrük Təşkilatının Baş katibinin tələbələrlə görüşünü xüsusi vurğulayıb.
Şahin Bağırov tələbələrlə görüşdən məmnunluğunu ifadə edərək, universitetdə aparılan islahatları yüksək qiymətləndirib. O, UNEC ilə Dövlət Gömrük Komitəsinin Akademiyası arasındakı əməkdaşlığı diqqətə çatdırıb, bu əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətini qeyd edib. Ş.Bağırov tələbələrə Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi və tranzit gömrük prosedurunun sadələşdirilməsi istiqamətində görülən işlər barədə də məlumat verib.
Kunio Mikuriya isə beynəlxalq gömrük sistemi və beynəlxalq ticarətlə bağlı həyata keçirilən layihələrdən bəhs edib, tələbələrin inkişaf etməkdə olan ölkələr, o cümlədən Azərbaycan üçün tarifsiz sərhədin tətbiqi, sadələşdirilmiş tranzit qaydaları və s. barədə suallarını cavablandırıb.
Görüşün sonunda Ümumdünya Gömrük Təşkilatının Baş katibinə “UNEC-in Fəxri doktoru” diplomu təqdim olunub.
Tehsil-press.az