Formula 1-in qalibləri mükafatlandırıldı

Formula 1-in qalibləri mükafatlandırıldı Formula 1 üzrə Azərbaycan Qran-prisinin qalibləri Serxio Perez, Maks Ferstappen və Şarl Leklerin mükafatlandırma mərasimi keçirilib.
Mükafatlarındırma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Bakı Şəhər Halqasının icraçı direktoru Maqsud Fərzullayev, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemi iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Qran-prisinin qalibi “Red Bull” komandasının sürücüsü Serxio Peres olub. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”dən Şarl Lekler üçüncü yeri tutaraq, podiuma çıxıblar.

Tehsil-press.az





Oxşar xəbərlər