Bakıda keçirilən 2018 Formula 1 Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşündə ilk qəza qeydə alınıb.
"Red Bull Racing" komandasının pilotu Maks Ferstappen qəza törədib. Niderlandlı pilot dönmə zamanı idarəetməni itrirərək bolidini baryerə çırpıb. Maşında tüstüləmə baş verib.
Qəza 6-cı döngədə qeydə alınıb. Zərbənin gücündən bolidin ötürmə qutusu bloklanıb.
Marşallar maşını trasdan kənarlaşdıra bilmədiyi üçün yardıma evakuator gəlib və M.Ferstappenin bolidini aparıb.
Beləliklə M.Ferstappen yürüşü davam etdirə bilməyib və onun bolidi trekdən kənarlaşdırılıb.
Qeyd edək ki, sərbəst yürüşlərdə 10 komandadan 20 pilot iştirak edir.
Tehsil-press.az